Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizer və oğlu Kurt Efe ilə birlikdə Bodrumun Yalıkavak bölgəsində istirahət edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ailəsi ilə dincələn aktyor gün ərzində həm idmanla məşğul olub, həm də oğlu Kurt Efe ilə vaxt keçirib.
Başak Dizer dənizə girmək əvəzinə günəş qəbul etməyə üstünlük verib. Daha sonra Kıvanç Tatlıtuğ su üzərində sörf edərək diqqət çəkib. Aktyorun dənizdə sərgilədiyi performans ətrafdakıların marağına səbəb olub. Günün sonunda isə Kıvanç Tatlıtuğ oğlu Kurt Efe ilə birlikdə balıq tutub.
Məşhur aktyorun tutduğu balıqları oğluna göstərdüyü səmimi anlar kameraların obyektivinə tuş gəlib.



