Yuxusuzluq hansı xəstəliyə səbəb olur? - ARAŞDIRMA
13 aprel 2022 09:20 (UTC +04:00)

Yuxusuzluq hansı xəstəliyə səbəb olur? - ARAŞDIRMA

UPİ saytının yazdığına görə, alimlər təxminən 4 il ərzində ürək xəstəliyi olan 1068 ürək xəstəsinin məlumatlarını təhlil ediblər. Müəyyən olunub ki, yuxusuzluğu olan xəstələrdə infarkt keçirmə ehtimalı yuxusuzluqdan əziyyət çəkməyənlərə nisbətən 16 faiz çoxdur.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, tədqiqatçılardan biri Lars Frojd yuxu problemlərinin ürək xəstələrində təkrarlanan ürək xəstəliklərini tətiklədiyini qeyd edərək bildirib: “Müşahidə qrupunda olanların yuxu problemi müalicə edilərsə, bu insanlar infarkt keçirməzlər.

  Yuxusuzluq ürək xəstələrində siqaret və oturaq həyat tərzindən sonra üçüncü ən böyük risk faktoru olub.

  Ürək xəstələrində yuxusuzluq problemləri erkən mərhələdə aşkar edilməli və müalicə olunmalıdır.”

  Elmi araşdırmanın nəticələri “Sleep Advances” jurnalında dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar