Yuxusuzluğun TƏHLÜKƏLƏRİ:  Yaşlılarda daha çox..
09 sentyabr 2022 09:39 (UTC +04:00)

Yuxusuzluğun TƏHLÜKƏLƏRİ: Yaşlılarda daha çox..

Yuxusuzluqdan əziyyət çəkən yaşlı insanlarda yaddaş pozğunluğu riskinin daha yüksək olduğu müəyyən edilib. 

Lent.az xəbər verir ki, bu barədə məlumat “Sleep” jurnalında dərc olunub. 

Məlumata görə, 45-85 yaşlı insanlarda yuxusuzluq nəticəsində yaddaşla yanaşı, narahatlıq, depressiya, nəfəs darlığı kimi problemlər yaşanır. Neyro-radioloji araşdırmalar göstərir ki, yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Nəticədə həyat keyfiyyəti aşağı düşür. 

Xroniki yuxusuzluq immun sistemini də zəiflədir və xərçəng xəstəliyinə belə səbəb ola bilir. Hətta genimizi dəyişərək mutasiyaya gətirib çıxarır.

Qeyd edək ki, hamilələr xüsusilə yuxu rejiminə diqqət etməlidir, çünki onların yuxusuzluq zamanı gördüyü zərərə döl də məruz qalır.

Həmçinin, o da məlum olub ki, yuxusuzluq kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Sevinc Fərid

Oxşar yazılar