Yuxudan əziyyət çəkənlər daha çox koronavirusa yoluxurlar - ARAŞDIRMA
24 mart 2021 18:33 (UTC +04:00)

Yuxudan əziyyət çəkənlər daha çox koronavirusa yoluxurlar - ARAŞDIRMA

Yuxusuzluq və emosional tükənmiş insanların COVID-19-a yoluxma ehtimalı iki dəfə çoxdur.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, yeni araşdırma zamanı ortaya çıxıb. 

ABŞ-dakı Cons Hopkins Universitetinin alimləri hər gün əlavə hər bir saatlıq yuxunun koronavirus virusuna yoluxma riskini 12 faiz azaltdığını aşkar ediblər.

Üstəlik, hər gün tükənmişlik yaşayan insanların koronavirusa yoluxma ehtimalı iki dəfədən çoxdur. Tədqiqat müəllifləri yuxu çatışmazlığı, emosional tükənmə və immunitet sistemini zəiflətməklə insanın koronavirus qarşısında həssaslığını artırdığına inanırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Oxşar yazılar