Yüngül və əlamətsiz COVID-19-un  ölümcül nəticələri   AÇIQLANDI
30 yanvar 2023 02:02 (UTC +04:00)

Yüngül və əlamətsiz COVID-19-un ölümcül nəticələri AÇIQLANDI

Amerikalı alimlər aşkar ediblər ki, COVID-19-un yüngül forması orqanizmin toxuma və orqanlarına qarşı uzunmüddətli immun reaksiyaya səbəb ola bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tədqiqatın nəticələrini Sedar-Sinay Tibb Klinikasının mütəxəssisləri paylaşıblar.

İş zamanı alimlər COVID-19-dan sağalmış 177 könüllüdən götürülmüş qan nümunələrini tədqiq ediblər. Alimlər həmçinin onları pandemiyanın başlamazdan əvvəl əldə edilmiş sağlam insanların materialları ilə müqayisə ediblər.

İki qrup arasındakı fərq, adətən otoimmün xəstəlikləri (qurdeşənəyi, revmatoid artrit, dağınıq skleroz) olan xəstələrdə qeydə alınan autiimmun səviyyəsinin artması olub.

COVID-19-dan əziyyət çəkən qrupda yüksək göstərici qeyd edilib. Kişilərdə qadınlara nisbətən daha çox otoantitel olub.

Bundan sonra elm adamları COVID-19-u orta və ağır formalarda keçirən peyvənd olunmuş xəstələrin məlumatlarını öyrənməyi planlaşdırır.

# 1995
avatar

Oxşar yazılar