Yeni müalicə üsulu:  Xəstələr muzeylərə göndəriləcək...
16 sentyabr 2022 19:44 (UTC +04:00)

Yeni müalicə üsulu: Xəstələr muzeylərə göndəriləcək...

Belçikalı psixiatrlar xəstələrin ruh sağlığını təmin etmək üçün onların reseptlərinə pulsuz muzey bileti yaza biləcəklər.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yeni pilot layihə 6 ay davam edəcək.

Layihəni Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyata keçirir. ÜST-ün araşdırmalarına görə, mədəni fəaliyyətin, muzey ziyarətlərinin psixi sağlamlıq üçün əhəmiyyəti böyükdür.

Hər xəstə 6 ay müddətində 5 dəfə muzeyə gedə biləcək. Bəs hansı muzeylərə? Bu siyahı da maraqlıdır. Kanalizasiya muzeyi, Krujeva muzeyi, Moda muzeyi, Modern sənət əsərləri muzeyi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar