Yeməkdən sonra yatsanız, NƏLƏR BAŞ VERƏR?
13 may 2021 00:04 (UTC +04:00)

Yeməkdən sonra yatsanız, NƏLƏR BAŞ VERƏR?

Bir çox insanlar bilir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz.

Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil.

Həkimlər xəbərdarlıq edir - yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır.

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə - qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı "ezofagit" adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.

3. Yeməkdən sonra yatan insanda piylənmənin riski artmış olur. Yuxu zamanı mübadilə proseləri ləngiyir və bu da bədən çəkinsinin artmasına gətirib çıxardır.

4. Yeməkdən dərhal sonra yatan insanların qanında xolesterinin səviyyəsi artır. Xolesterinin səviyyəsinin artması ürək-damar sisteminə çox mənfi təsir edir, insult və infarktın riskini artırır.

Alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər./"saglamolun"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835
avatar

Oxşar yazılar