Yeməkdən nə qədər su alırıq? – 2 litr maye içmək  yalan çıxır
28 fevral 2023 14:33 (UTC +04:00)

Yeməkdən nə qədər su alırıq? – 2 litr maye içmək yalan çıxır

Şotlandiyanın Aberdeen Universitetinin alimləri deyirlər ki, gündə 2 litr miqdarında su içmək tövsiyəsi çox vaxt lazım olandan artıqdır.

Bundan başqa, Science jurnalında dərc edilən araşdırmada gündəlik suya olan tələbatın bir hissəsinin artıq qidadan əldə edildiyi nəzərə alınıb.

Buna görə də alimlər gündə 1,5-1,8 litr suyun kifayət edəcəyini düşünürlər.

Maraqlıdır, insan yeməkdən nə qədər su ala bilir?

Lent.az xarici KİV-ə istinadən dünyada tanınmış Professor Speakmanın bu barədə dediklərini təqdim edir. O deyir ki, su dövranının həcmi birbaşa gün ərzində insanın içməli olduğu suyun miqdarı ilə eyni deyil:

"Hətta 20 yaşlarında olan kişinin 4,2 litr su içməsinə ehtiyac yoxdur. Bu miqdarın 15 faizi bədəndə su mübadiləsi və maddələr mübadiləsi nəticəsində əmələ gələn sudur."

"Beləliklə, gündəlik tələb olunan su istehlakı 3,6 litrdir. Artıq bir çox qidaların tərkibində su olduğu üçün əhəmiyyətli miqdarda su sadəcə yemək hesabına təmin olunur."

"Bu araşdırma göstərir ki, hamımızın səkkiz stəkan su içməli olduğumuza dair ümumi tövsiyə əksər hallarda əksər insanlar üçün həddindən artıq yüksək olan bir normadır. Bu məlumatlar gündəlik su tələbatı normasına dair "universal bir reseptin" mövcud olmadığını göstərir."

Alim həmçinin deyir ki, bu tədqiqat gələcəkdə insanların suya ehtiyacını proqnozlaşdırmaq üçün irəliyə doğru atılmış böyük bir addımdır.

Çünki həddindən çox suyun içilməsi xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər.

"Təmiz içməli su pulsuz deyil", - Professor Speakman deyir və əlavə edir:

"Əgər 40 milyon insan hər gün lazım olan normadan orta hesabla yarım litr çox su içirsə, bu əlavə olaraq 20 milyon litr suyun içilməsi və sidiyə çevrilməsi deməkdir."

"Bu isə əlavə xərc deməkdir", - John Speakman deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Cavidan HUN

Oxşar yazılar