Yayılan  qrip təhlükəsi  ilə bağlı XƏBƏRDARLIQ
09 fevral 2023 14:38 (UTC +04:00)

Yayılan qrip təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

İnfeksionist Georgi Sapronov qripin təhlükəli nəticələrini açıqlayıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis qripin ürəyə zərərini, hətta ensefalit - beyin maddəsinin iltihabına səbəb ola biləcəyini bildirib.

“Bizdə məlum "donuz qripi" 2009-cu ildə baş verib. Onun özəlliyi ondadır ki, bir sıra fəsadlar törədir. Bu, ilk növbədə, artikulyar sindromdur", - həkim vurğulayıb.

O qeyd edib ki, "donuz qripi" koronavirusdan az təhlükəli deyil, lakin bir çoxları bu xəstəliyə kifayət qədər qeyri-ciddi yanaşır və peyvənddən yayınırlar.

Sapronovun sözlərinə görə, xəstəlik tez-tez bədəndə ağrılara, ürək əzələsinin zədələnməsinə səbəb ola bilər.

Eyni zamanda, bir insan həmişə ürək problemlərinin görünüşünü dərk edə bilmir, lakin nəfəs darlığı və zəiflik onları göstərə bilər. Mütəxəssis xüsusilə yaşlı insanların diqqətli olmasını ilə bağlı xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Fidan İlqar

Oxşar yazılar