Yaşlıların pəhrizi necə olmalıdır? – “Hər gün eyni şeyi  yemək olmaz”
15 fevral 2023 09:09 (UTC +04:00)

Yaşlıların pəhrizi necə olmalıdır? – “Hər gün eyni şeyi yemək olmaz”

“Yaşlı insanların qida rasionunda müxtəliflik lazımdır”. 

Lent.az xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina müsahibəsi zamanı deyib. 

Onun sözlərinə görə, pəhrizdə daim eyni qidalar qəbul edilərsə, orqanizmdə qida çatışmazlığı yarana bilər. 

Solomatina sağlam bir həyat üçün bir çox komponentin lazım olduğuna diqqət çəkib: 

“Pəhrizdə kifayət qədər protein, yağ və karbohidrat olmalıdır. Karbohidratları doldurmaq üçün tərəvəz, meyvə, müxtəlif dənli bitkilər və çörək yemək lazımdır. Hər gün pəhrizdəki məhsulları dəyişmək lazımdır. Səhər bir şey yeyilirsə, axşam artıq başqa bir şey yeyilməlidir. Qısacası hər gün eyni şeyi yemək olmaz".  

Solomatina yaşlı insanların pəhrizinə əsasən pendir, noxud, mərcimək və toyuq əti daxil etməyi tövsiyə edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Sevinc Fərid

Oxşar yazılar