Yaşıl çayın  ZİYANLARI
09 noyabr 2022 19:59 (UTC +04:00)

Yaşıl çayın ZİYANLARI

Yaşıl çayın faydaları artıq dillər əzbəridir. Lakin çox az adama bəllidir ki, bu içki orqanizmə zərər də verə bilər. Əsasən, yaşıl çayın mənfi təsiri içilmə qaydası ilə əlaqədardır.

Lent.az xəbər verir ki, bu çayı həddindən artıq içmək qanın durulaşmasına səbəb ola bilər.

Həmçinin bir insanın qan laxtalanması problemi varsa, o zaman həddindən artıq yaşıl çay qəbulu qanaxma riskinin artmasına səbəb olur.

Anemiya

Yaşıl çay dəmirin təsirini öldürür. Buna görə yaşıl çayı yeməklə içməyi məsləhət görmürlər və onunla birlikdə dəmir tərkibli preparatlar içirlər. İnsanın anemiyası varsa, yaşıl çayın həddindən artıq qəbulu vəziyyəti daha da ağırlaşdıracaq.

Hamilə və laktasiya dövründəki qadınlar üçün yaşıl çayın norması iki stəkandan çox olmamalıdır. Bu qayda qorunmazsa, doğuş təhlükəsi və doğuş qüsurları riski artır.

Ürək və təzyiq problemləri

Yaşıl çayın tərkibində kofein var. Buna görə onun normadan artıq dozası ürək döyüntüsünün ritmini pozur, qan təzyiqi yüksəlir.

Göz təzyiqinin artması

Yaşıl çay çeşidləri gözdaxili təzyiqi artıra bilər. Bu proses tədricən, 30 dəqiqə ərzində baş verir, 1,5 saata qədər müddətdə davam edir.

Həzm problemləri

Tərkibi orqanizmin turşuluğunu artıran taninləri ehtiva edir. Əgər onu uzun müddət və qaynar suda dəmləsəniz, o zaman acqarına qəbul edin. Əks təqdirdə bu həzm problemlərinə - ürəkbulanma, qusma, həzmsizliyə səbəb ola bilər. Çayın çox qəbulu ishala səbə olur, bağırsaq simptomlarını qıcıqlandırır.

Baş ağrısı, narahatlıq, yuxu problemi

Kofeinə həssas olan insanlarda çayın davamlı istifadəsi baş ağrısına səbəb ola bilər, miqrenləri ağırlaşdırır. Yatmazdan əvvəl qəbulu melatonin istehsalına mane olur və nəticədə yuxusuzluğa gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Arzu Qurbanlı

Oxşar yazılar