Yarasalarda bəşəriyyət üçün təhlükəli  BEŞ VİRUS   AŞKARLANDI
27 noyabr 2022 13:51 (UTC +04:00)

Yarasalarda bəşəriyyət üçün təhlükəli BEŞ VİRUS AŞKARLANDI

Yunnan İnstitutunun tədqiqatçıları yarasalarda insanlara keçə bilən beş “narahatedici” virus aşkar ediblər.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, bütün viruslar zoonozdur (zoonoz onurğalı heyvanlardan insanlara (zooantroponoz) və insanlardan onurğalı heyvanlara (antropozoonoz) keçən hər hansı bir yoluxucu xəstəliyi təsvir edən termindir-red.), yəni bir növdən digərinə keçə bilər. Bir qayda olaraq, bu cür patogenlər insanlar üçün təhlükə yaradır. Tədqiqatçıların qeyd etdiyi kimi, viruslardan biri olan BtSY2, SARS-cov-2 ilə oxşarlıqlara malikdir və bu da heyvandan insana keçmə ehtimalını artırır.

Tədqiqatçıların qeyd etdiyi kimi, SARS-CoV-2-yə bənzər yeni rekombinant koronavirus da daxil olmaqla, insanlar və ya mal-qara üçün patogen ola bilən beş növ virus müəyyən ediblər. Tədqiqat virusların növlər arası ötürülməsinin yayılmasını vurğulayır.

Alimlər Çinin cənubundakı Yunnan əyalətində 15 növdən olan 149 yarasanın düz bağırsağından nümunələr götürüblər. İş zamanı onlar beş virusun DNT-sini ardıcıllıqla tərtib etməyi bacarıblar. Üstəlik, elm adamları bir insanın eyni anda bir neçə virusa yoluxa biləcəyindən narahatdırlar.

Mütəxəssislərin fikrincə, virusun yayılmasının əsas səbəbi insan və ya ev heyvanının yarasa ilə təması olub. Alimlər gələcək pandemiyaların qarşısını almaq üçün virusları öyrənməyə davam etməyi planlaşdırırlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Oxşar yazılar