Xərçəngin  qarşısını alan   QİDA
13 dekabr 2022 19:23 (UTC +04:00)

Xərçəngin qarşısını alan QİDA

Aparılan araşdırmalara görə, kartof xərçəng riskinin qarşısını alır.

Lent.az xəbər verir ki, Polşanın Adam Mitskeviç Universitetinin alimləri kartofun tərkibindəki bioaktiv birləşmələrin xərçənglə mübarizədə təsirli olduğunu qeyd ediblər.

Onlar düşünürlər ki, bu birləşmələr xəstələrə kimyaterapiyanın əks təsirlərindən sağalmağa da kömək edə bilər.

Kimyaterapiya xərçəng hüceyrələrini öldürməkdə son dərəcə təsirli olsa da, saç tökülməsi, ürəkbulanma və yorğunluq da daxil olmaqla bir sıra təsirlərə səbəb ola bilər. Bunun səbəbi, dərmanların yalnız xərçəngi hədəf almaması, həmçinin bədənin başqa yerlərindəki sağlam hüceyrələri istəmədən öldürməsidir. 

Bu baxımdan kartofun istehlak edilməsi kimyaterapiyanın əks təsirlərindən sağalmağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Arzu Qurbanlı

Oxşar yazılar