Xərçəng yaradan  öskürəklə bağlı XƏBƏRDARLIQ
25 yanvar 2023 15:30 (UTC +04:00)

Xərçəng yaradan öskürəklə bağlı XƏBƏRDARLIQ

Xərçəng yaradan öskürək barədə insanlara xəbərdarlıq edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim Aleksadnr Kalaşnikov quru öskürək və boğazdakı şişin mütləq olmasa da, qırtlaq xərçənginin inkişaf əlaməti olduğunu deyib. 

Onun sözlərinə görə, xərçəng yaradan öskürəyin bir neçə əlaməti var və digərlərindən fərqlənir:

“Daimi öskürürsünüz, amma boğazınızdakı şiş çox böyük deyil. Yad cisim sallanır. Həmin cism getdikcə böyüyür və ağrılara səbəb olur. 

Nəticədə öskürəndə qan zolaqları olan bəlğəm getməyə başlayır, ağızdan çürük bir qoxu gəlir və səs tamamilə yox ola bilər”.

Həkim qeyd edib ki, həyəcanverici əlamətlr artıq qırtlaq xərçənginin ilk mərhələsində özünü göstərir:

“İnsanlar iki-üç ay öskürür, boğuq səslə danışır, vəziyyətini xroniki bronxit, tonzillit, laringitlə əlaqələndirir. Təəssüf ki, poliklinikalarda qırtlağın tam müayinəsi çox nadir hallarda aparılır. Ancaq belə halda endoskopik alətlər və qırtlaq güzgülərindən istifadə edərək tam hüquqlu xüsusi müayinə aparılmalıdır”.

Kalaşnikov iki həftə ərzində öskürək keçməzsə, həkimə müraciət etməyi tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Fidan İlqar

Oxşar yazılar