ÜST həyəcan təbili çalır  - Vərəmə yoluxma halları rekord həddə çatdı
01 noyabr 2024 21:55 (UTC +04:00)

ÜST həyəcan təbili çalır - Vərəmə yoluxma halları rekord həddə çatdı

2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyuldu ki, bu da ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Lent.az xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayıb.

Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.

Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar