Uşaqlarda revmatizm necə  müalicə olunmalıdır?   - CAVAB
13 dekabr 2022 18:17 (UTC +04:00)

Uşaqlarda revmatizm necə müalicə olunmalıdır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu uşaqlarda revmatizmin gedişatının xüsusiyyətləri ilə bağlıdır.

Revmatizm bir çox insanlarda xüsusilə də uşaqlarda tez-tez rast gəlinən xəstəlikdir.

Maraqlıdır, görəsən uşaqlarda revmatizmin gedişatının xüsusiyyətləri necədir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib ki, uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir.

Onun sözlərinə görə, əsasən revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır:

“Poliartrit isə uşaqlar üçün çox xarakterik deyil. Digər ekstrakardial əlamətlər (halqavari səpgilər, dərialtı düyünlər, xoreya) nisbətən çox görülür. Lakin, böyüklərlə müqayisədə daha ağır gedişata baxmayaraq uşaqlarda xəstəlik dərman müalicəsinə daha yaxşı cavab verir, ağırlaşmaların qarşısını almaq mümkün olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Arzu Qurbanlı

Oxşar yazılar