“TurkoVac” ın təcili istifadəsinə icazə verildi
22 dekabr 2021 16:45 (UTC +04:00)

“TurkoVac”ın təcili istifadəsinə icazə verildi

“Bu gün Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TurkoVac” peyvəndimiz təcili istifadə üçün təsdiqlənib”.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə - 10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar