Tibb işçisi 20 gündə  iki dəfə   koronavirusa yoluxdu
21 aprel 2022 18:45 (UTC +04:00)

Tibb işçisi 20 gündə iki dəfə koronavirusa yoluxdu

İspaniyada bir tibb işçisi 20 gün ərzində iki dəfə koronavirusa yoluxub. 

Lent.az xəbər verir ki, 31 yaşlı işçi bu günlər arasında 2 dəfə test verib və nəticələr pozitiv çıxıb. 

Testin nəticələrinə görə, qadın ayın əvvəlində “Delta”, daha sonra isə “Omicron” ştammına yoluxub. 

İlkin yoluxma zamanı virusun heç bir əlaməti görülməsə də, ikinci dəfə qızdırma və öskürmə kimi problemlər özünü büruzə verib. 

Mütəxəssislər bildirir ki, hər kəs həyatları boyu bir və ya bir neçə dəfə koronavirusa yoluxacaqlar. 

Qeyd edək ki, 2021-ci ilin dekabrında “Omicron” variantının ortaya çıxması ilə yoluxma hallarının sayında kəskin artım baş vermişdi.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Sevinc Fərid

Oxşar yazılar