Stressin orqanizmə faydası   varmış
09 avqust 2022 14:17 (UTC +04:00)

Stressin orqanizmə faydası varmış

Rusiyalı klinik psixoloq Nataliya Qubareva stressin insan həyatına zərərindən yox, faydasından danışıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, həkim insanın stressli halda daha dözümlü olduğunu, yeniliklərə daha asan adaptasiya etdiyini vurğulayıb.

“Stress  əsəb sisteminin dözümlülüyünü artırır, yaddaşı gücləndirir, əqli qabiliyyətləri aktivləşdirir və hətta immuniteti gücləndirir. Lakin qeyd etmək lazımdır ki, bu o halda baş verir ki, stress uzun müddətli olmasın, insan onu qısa zaman kəsiyində yaşasın”.

Həkimin sözlərinə görə, uzunmüddətli stress insanı tükəndirir və psixosomatik pozğunluqlara səbəb olur. O bildirib ki, insan özünü stressə qarşı davamlı olmağa hazırlamalıdır. Buna aktiv həyat tərzi, yuxu və qida  rejiminə əməl edilməsi, psixoaktiv maddələrin istifadəsindən uzaq durmalıdır:

"Sizi sterssə salan situasiyadan uzaq durmaq gərəkdir, bu halda “tormozlanıb qalmaq” olmaz. Heç nə etməsəniz də, ev işləri, hər hansı fiziki işlə məşğul olun, yoqa və meditasiyaya müraciət edin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar