Çay ümumilikdə faydalı içki sayılsa da, hər növü şəkərli diabet xəstələri üçün təhlükəsiz deyil. Bəzi çaylar gizli şəkər mənbəyi ola bilər və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
Lent.az diabet xəstələrinin içməməli olduğu 3 çay növünü təqdim edir:
1. Aloe veralı bitki çayı
Aloe veralı çay həzmə kömək edir, immuniteti gücləndirir və toksinləri atmağa kömək edir. Amma diabet xəstələri üçün təhlükəli ola bilər. Aloe vera qan şəkərini və təzyiqi kəskin şəkildə aşağı sala bilər. Bu, şəkəri salan dərmanlarla birlikdə hipoqlikemiyaya (qan şəkərinin çox aşağı düşməsi) səbəb ola bilər. Dərman qəbul edən diabet xəstələri aloe veralı çaydan çəkinməlidir.
2. Papatyalı çay
Yuxu, həzm və sakitləşdirici təsiri ilə tanınır. Ancaq qan durulaşdırıcı dərmanlar (məsələn, varfarin) qəbul edənlər üçün risklidir. Romashka bu dərmanlarla təhlükəli qarşılıqlı təsirə girə bilər. Papatyalı çay, xüsusilə ürək xəstəliyi riski olan 2-ci tip diabet xəstələri üçün zərərli ola bilər.
3. Ədviyyat otlu (pazırtı/fenugreek) çay
Pazırtı (fenugreek) toxumu və yarpaqlarından hazırlanır, qoz dadlıdır və faydalı sayılır. Ancaq şəkəri aşağı salma təsiri olduğu üçün, şəkər salan dərmanlarla birlikdə istifadəsi təhlükəlidir. Bundan əlavə, qan durulaşdırıcı dərmanlarla da qarşılıqlı təsirə girə bilər. Bu bitki çayını içməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Diabet xəstələri üçün qidalanma tövsiyələri:
Liflə zəngin qidalanın - lif qan şəkərini sabit saxlamağa kömək edir.
Meyvələri yağ və proteinlərlə birləşdirin - məsələn, bananı doğrayıb yunan yoqurtu və bir neçə badamla yeyin.
Tərəvəz bol istifadə edin - vitamin, mineral və antioksidant baxımından zəngindir, az karbohidratlıdır.
Qan şəkərinizi izləyin - yanınızda həmişə glükoza tableti, meyvə suyu və ya süd kimi tez təsir edən karbohidratlar saxlayın.