Səhər idmanın  effektiv təsirləri nələrdir?
17 fevral 2023 09:16 (UTC +04:00)

Səhər idmanın effektiv təsirləri nələrdir?

Səhər idmanı yağ yandırma effektivliyini artırmaq üçün yaxşı üsullarından biridir. Ümumiyyətlə, idman etmək bədən üçün həmişə faydalıdır. Amma idmanı hansı saatlarda etməyin də faydaları fərqlidir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, günün müxtəlif vaxtlarındakı fiziki fəaliyyət bədənə fərqli təsir edir. Çünki bioloji proseslər hüceyrələrin sirkadiyalı ritmlərindən asılıdır.

Belə ki, səhər idmanı maddələr mübadiləsini daha da sürətləndirir və bədəndəki piy toxumalarının əriməsinə kömək edir.

Mütəxəssislər onu da bildirib ki, idmanı erkən saatlarda yox, günün digər vaxtlarında etmək həm də insanları həvəsdən sala bilər. Ancaq günlük rejimin ilk işi idman olsa, bu zaman o təxirə salınmayacaq və planınız tamamlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851
avatar

Sevinc Fərid

Oxşar yazılar