Şokolad böyüklərin və uşaqların sevimli qidasıdır. Kim qəlyanaltı zamanı bir parça şokolad istəməz ki?
Təəssüf ki, hər kəs belə bir desertin sağlamlığa zərərli olduğunu və bir çox problemə səbəb açdığını bilir: artıq çəki, kariyes, dəri səpgiləri və s.
Bəs daha az zərərli şokolad varmı?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Marion Nesl danışıb.
Həkimin qeyd etdiyi kimi, şokoladın bütün növlərini zərərli adlandırmaq olar.
Dietoloqun fikrincə, hətta tünd şokolad belə ona aid edilən antioksidant xüsusiyyətlərə malik deyil. O, desertin hazırlanması zamanı antioksidantlarla zəngin olan kakao tozu adətən şəkərlə, kakao yağı ilə qarışdırılır və nəticədə əlavə kalori verən bitki yağları və şəkərlə zəngin olur.