Saçlardakı kəpəyi necə aradan qaldırmaq olar?
25 avqust 2021 09:11 (UTC +04:00)

Saçlardakı kəpəyi necə aradan qaldırmaq olar?

Kəpək baş dərisində ölü hüceyrələrinin aşınmasıdır. Həm kişilərdə, həm də qadınlarda görülən dəri problemlərindən biridir.  Bir çox hallarda görülən tədbirlərə baxmayaraq kəpəkdən qurtulmaq mümkün olmur. 

Saçlarda kəpəyin yaranmasına bunlar səbəb ola bilər.

Dəri quruluğu, soyuq hava, tez-tez saçları rəngləmək, stress və əsəb, immunitetin zəif olması, B vitamini çatışmazlığı və s. 

Lent.az saçlardakı kəpəyi aradan qaldırmağın yollarını təqdim edir. 

Düzgün şampundan istifadə etmək

Saçlarda kəpək problemi həddən artıq çoxdursa, mikro soyucu təsiri olan şampunlardan istifadə etmək məsləhətdir. Bundan əlavə, saç diblərində qaşıntı varsa tərkibində PP vitamin olmasına da baxın.  

Saçlarınızı tez-tez yumayın 

Saçlarınızı hər gün yumaq kəpəyin yaranmasının başlıca səbəblərindən biridir. Saçları tez-tez yumaq baş dərisini qurudaraq dəri həssaslığı yaradır. Saçlarınızı yumadığınız günlərdə quru şampunlardan istifadə edə bilərsiniz. 

Saça forma verən vasitələri normasında istifadə edin

Jelelər, kremlər, spreylər və s. Saçları formaya salmaqda çox faydalıdırlar, amma həddən artıq və çoxlu miqdarda istifadəsi saç dərisində toplanıb qalmalarına səbəb ola bilər. Bu səbəbdən, forma verən vasitələr az miqdarda və nadir hallarda istifadə etməyinizi məsləhətdir.

Saçlarınızı normal temperaturlu su ilə yuyun

Saçlarınızı ya çox isti, ya da çox soyuq su ilə yumayın. Hər 2 hal saçda kəpəyin əmələ gəlməsinə şərait yaradır. Çalışın saçlarınızı ilıq su ilə yuyun və soyuq su ilə yaxalayın. 

Saçları gündəlik daramaq 

Saçı müntəzəm daramaq onların sağlamlığına yaxşı təsir göstərir. Bu, həmçinin saçlarda kəpəyin yaranmasının da qarşısını alır. Əvvəlcə saçları qalındişli, sonra isə nazikdişli daraqla darayın. 

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8616
avatar

Oxşar yazılar