“Sabahdan veqan və ya vegeterian  oluram...” – Həkim FƏSADLARDAN DANIŞDI
21 oktyabr 2022 20:40 (UTC +04:00)

“Sabahdan veqan və ya vegeterian oluram...” – Həkim FƏSADLARDAN DANIŞDI

“Veqan və vegeterian pəhrizlər bir-birindən tamamilə fərqlənir. Hər birinin ayrı bir qidalanma forması var”. 

Bu sözləri Lent.az-a həkim-diyetoloq Şəfa Yadigarova deyib. 

Onun sözlərinə görə, bununla bağlı bir çox fərqli dietalar var:

“Dəbdə olan və ya qeyri-ənənəvi dietalar bunlardır. Əsasən aclıq, mono dietalar var. Ənənəvi dietalara isə vegeterian, veqan, psevdo-vegeterian, ovo-vegeterian kimi növlər daxildir. 

Veqanlar və vegeterianlar qəti şəkildə ət məhsulları qəbul etmir. Ancaq veqanlar heyvandan alınan məhsullardan belə imtina edirlər. Yəni onlar arı balı, yumurta və süd məhsullarından belə istifadə etmirlər”. 

O, digər pəhriz növlərinin də qidalanma formasından danışıb:

“Psevdo-vegeterianlar bir qədər fərqlidirlər. Onlar həftədə bir dəfə balıq əti qəbul edə bilər. Ovo-vegeterianların pəhrizində yumurta var. Hər kəs üçün fərqli pəhrizlər tərtib olunur. Amma bunların hamısının başında sağlam qidalanmaq durur”. 

Bəs, hər kəs istənilən vaxt vegeterian və ya veqan ola bilərmi? 

“İnsanlar bu pəhrizə özbaşına, məlumatsız və qeyri-peşəkar yanaşarlarsa bu bir sıra problemlər yarada bilər. “Mən sabahdan veqan və ya vegeterian oluram” fikri çox yanlışdır”,- deyə həkim qeyd edib. 

Həkim-diyetoloq Şəfa Yadigarova 

Dietoloq vurğulayıb ki, paxla, mərcimək, lobya kimi qidalar asanlıqla həzm oluna bilən qidalardır:

“Burada zülallar, karbohidratlar və yağların bir-birini düzgün şəkildə tənzimlənməsi kifayətdir. Yəni burada veqan və vegeterian olmağınızın heç bir önəmi yoxdur. Hər bir halda pəhrizi düzgün şəkildə saxlayarsınızsa, burada heç bir problem yaşanmır. 
Düzdür, bitki mənşəli qidalardan istifadə edən insanların enerjisi daha çox olur. Hətta biz müəyyən pəhrizlər tərtib edirik. Məsələn, müəyyən günlər sırf tərəvəzlə qidalanmaq məsləhət görülür. İlkin mərhələdə insanlarda halsızlıq yaranır. Daha sonra bu dietalara öyrəşilir. Su balansı da düzgün olandan sonra hər şey qaydasına düşür”. 

Onun sözlərinə görə, vegeterianlarda əsasən B 12 vitamini çatışmazlığı ilə rastlaşırıq:

“Çünki B12 əsasən qırmızı ətin tərkibindədir. Vegeterianların da ətdən tam imtina etdiyini nəzərə alsaq, bu kimi halların olması qaçınılmazdır.

 Buna görə onlar mütəxəssislə məsləhətləşərək düzgün rasional proqram tərtib olunmalıdır. Həmin insanların vitamin çatışmazlıqları varsa digər xəstələrlə kompensasiya olur. Əgər yoxdursa, profilaktik olaraq ilkin mərhələdə bu cür problemlərin yaranmamasına uyğun pəhrizlər təşkil edilir. Çox faydalı pəhriz olsa belə onun düzgün şəkildə istiqamətləndirilməsi vacibdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3771
avatar

Sevinc Fərid

Oxşar yazılar