Qrip peyvəndi bu xəstəliklərdən də qoruyur
30 iyun 2022 09:48 (UTC +04:00)

Qrip peyvəndi bu xəstəliklərdən də qoruyur

Tədqiqatda yaşı 65-dən yuxarı olan 935 mindən çox peyvənd olmuş və olmamaşı şəxs 4 il izlənilib və sağlamlıqlarına dair məlumatlar təhlil edilib. Sözmövzusu müddət ərzində peyvənd olunanların 5,1%-də, vurulmayanların isə 8,5-ində demansla bağlı xəstəlik aşkar edilib.

Lentaz xarici KİV-ə istinadən bildirir ki, araşdırmanın nəticəsi göstərib ki, qrip peyvəndi olanlarda Alzheimer xəstəliyinə tutulma riski qrip peyvəndi olmayanlara müqayisədə 40% daha azdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 55 milyondan çox Alzheimer xəstəsi var.

Alzheimer, nöropsikiyatrik simptomlar və davranış dəyişiklikləri ilə müşayiət olunan gündəlik fəaliyyətlərin azalması və idrak qabiliyyətlərinin pozulması ilə xarakterizə olunan neyrodegenerativ xəstəlik kimi müəyyən edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar