Qırmızı ətdən imtina hər il 750 min  insanın həyatını   xilas edə bilər
16 aprel 2024 16:48 (UTC +04:00)

Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər

Alimlər belə nəticəyə gəliblər ki, qırmızı ətin müntəzəm istehlakı müxtəlif xəstəliklərin inkişaf riskini artırır və ətraf mühitə mənfi təsir göstərir. Balıqlar qiymətli qida maddələri təmin edərkən, ekoloji cəhətdən təmiz və dünya okeanlarında boldur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar balığın sağlamlıq faydalarına işarə edirdi, lakin qırmızı ətin əvəzinə ondan nə qədər istifadənin ümumi xəstəliyi azalda biləcəyi barədə dəqiq məlumat yox idi.

Yapon və avstraliyalı tədqiqatçıların 130 ölkədən məlumatlardan istifadə edərək apardıqları yeni araşdırma bunları təqdim edir. Alimlər müəyyən ediblər ki, qırmızı ətin balıqla əvəzlənməsi hər il 750 minə qədər ölümün qarşısını ala və pis qidalanma ilə bağlı xəstəliklər səbəbindən əlillərin sayını əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqatçılar həm insan sağlamlığını, həm də planetin vəziyyətini yaxşılaşdırmaq üçün qırmızı ətin istehlakını məhdudlaşdırmaq, yüksək qida və ekoloji keyfiyyətləri özündə birləşdirən məhsullara keçmək lazım olduğunu deyib. Onlar əlavə ediblər ki, balıq yüksək səviyyədə faydalı qida maddələrinə malikdir və pəhrizlə bağlı qeyri-infeksion xəstəliklərin qarşısını alır.

"Bizim məlumatlarımız göstərir ki, balığın qırmızı ətlə əvəz edilməsi qeyri-infeksion, xüsusən də ürək-damar xəstəliklərindən ölüm hallarını 0,5-0,75 milyon azalda bilər", - tədqiqatçılar bildirib.

Onlar həmçinin qeyd ediblər ki, balığın ürək-damar xəstəliklərinin qarşısını ala bilən omeqa-3 yağ turşuları var, həmçinin kalsium və B12 vitamini ilə zəngindir. Alimlərin fikrincə, balıq hər hansı bir heyvan qidası mənbəyi arasında ən kiçik karbon izinə malikdir.

Bununla belə, alimlər etiraf edirlər ki, dünyadakı balıq ehtiyatları qırmızı əti tamamilə əvəz etmək üçün kifayət deyil. Qismən dəyişdirmə ictimai sağlamlıqda əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2970
avatar

Fidan İlqar

Oxşar yazılar