Qida zəhərlənmələrinin əlamətləri nədir və ilk yardım   necə olmalıdır? 
08 iyun 2022 17:47 (UTC +04:00)

Qida zəhərlənmələrinin əlamətləri nədir və ilk yardım necə olmalıdır? 

Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı meydana gəlir. Onların qəbulundan sonra zəhərlənmə əlamətlərinin əmələ gəlməsi arasındakı müddət bir saatdan 6 saata qədər, həmçinin  2-5 gün arasında dəyişə bilər. 

Yay aylarında isə qida zəhərlənmələri daha çox baş verir. Bəs, isti havalarda niyə qida zəhərlənmələrin sayı artır?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hava hərarəti çox olduqda patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır.  Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmaması səbəbi ilə baş verir.

Ən çox mikrob və onların toksinlərinin daşıyıcıları şokolad, tort, dəniz məhsulları, süd məhsulları, konserv olunmuş qidalar, meyvə və tərəvəzlər, yaşıl tərəvəzlər, souslar kimi qidalarda müşahidə olunur. Buna görə də həmin qidaları istifadə edərkən daha diqqətli olmaq məsləhətdir.

Qida zəhərlənmələri zamanı ilkin yardım kimi mədə-bağırsaq yuyulmasını təmin etməkdir. Bunun üçün çoxlu miqdarda sodalı və ya marqanisli su içmək lazımdır. Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzərək 1 stəkan suya qatın. Daha sonra bu məhlulu içməyiniz məsləhətdir. Bunu içməklə mikrobların qana keçməsinin və zəhərlənmənin az da olsa qarşısı alınır.

Amma onu da qeyd etmək lazımdır ki, zəhərlənmə artıq inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi baş verə, xəstə şok keçirə bilər. Hətta xəstəliyin başqalarına yoluxması da mümkündür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Sevinc Fərid

Oxşar yazılar