Qida zəhərlənmələrindən qorunmaq üçün ÜSULLAR
24 iyul 2021 14:42 (UTC +04:00)

Qida zəhərlənmələrindən qorunmaq üçün ÜSULLAR

Qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamlar məlum olub.

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutundan Lent.az-a verilən məlumata görə, İtifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etmək olmaz:

“Bundan başqa pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür,

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etməyin,

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etmək lazımdır,

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirin,

- Yeməkləri günlük olaraq hazırlayın, artıq qalanını isə bir dəfədən çox isitməyin,

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına əməl edin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar