Qəhvənin böyrəyə dəhşətli  TƏSİRLƏRİ AÇIQLANDI
03 fevral 2023 18:37 (UTC +04:00)

Qəhvənin böyrəyə dəhşətli TƏSİRLƏRİ AÇIQLANDI

Toronto və Padua universitetlərinin alimləri qəhvə istehlakı ilə böyrək xəstəliklərinin inkişafı riski arasında əlaqəni müəyyən ediblər.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, məlum olub ki, bu, müəyyən bir insanın bədənindəki genlərin dəyişməsindən asılıdır. 

İşin gedişində 1-ci mərhələdə hipertenziyası olan 1180 iştirakçıda böyrək funksiyasının pozulmasının biomarkerləri araşdırılıb. Müşahidələr 7,5 il ərzində aparılıb. CYP1A2 gen variantı ilə qəhvədən sui-istifadə edənlərdə bu rəqəmlər normadan üç dəfə çox olub. Bu təsir, CYP1A2-nin kofeinin metabolizmasını yavaşlatması ilə izah olunur, buna görə də stimullaşdırıcı orqanizmdən zəif xaric olur və yığılır. Belə könüllülərdə albuminuriyanın inkişafının ümumi ehtimalı yeddi dəfə, hiperfiltrasiya - 2,5 dəfə, hipertoniya - 2,8 dəfə yüksək olub.

Qəbul edilən kofeinin miqdarı da vacibdir. Böyrək xəstəliyi riski olan insanlar gündə üç, ya daha çox fincan qəhvə və ya gündə təxminən 300 milliqram kofein içənlər idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

Fidan İlqar

Oxşar yazılar