Qədim insanlarda diş xəstəliyi  aşkar edildi
14 dekabr 2023 23:35 (UTC +04:00)

Qədim insanlarda diş xəstəliyi aşkar edildi

İsveçin Höteborq Universitetinin alimləri vikinqlərin tez-tez diş xəstəliklərindən əziyyət çəkdiyini və onları müalicə etməyə çalışdıqlarını aşkar ediblər.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri “Plos One” jurnalında dərc olunub.

2005-ci ildə Varnham şəhərində aparılan qazıntılar zamanı 10-12-ci əsrlərə aid Vikinq dəfni olan qədim xristian kilsəsinin xarabalıqları aşkar edilib. Arxeoloqlar bu ərazidən tapılan insan kəllələrində dişlərin klinik və rentgen tədqiqatlarını apardılar. Ümumilikdə 171 nəfərin 2,3 mindən çox dişi analiz edilib.
Yetkinlərin 60 faizindən çoxunun kök səthində çürük əlamətləri var idi, gənclərin heç birində kariyes yox idi. Diş toxumalarına təsir edən infeksiyalar və diş itkisi əlamətləri də daxil olmaqla, digər patologiyalar da müşahidə edilib. Bəzi insanlarda kariyes o qədər inkişaf etmişdi ki, diş ağrısına səbəb olmalı idi. Bununla məşğul olmaq üçün vikinqlər yəqin ki, bəzi dişləri yonmağa çalışıblar.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Oxşar yazılar