Qırmızı qan hüceyrələrinin səviyyəsi və funksionallığı qeyri-adekvat olduqda hemoqlobin səviyyəsinin aşağı olmasına səbəb ola bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hemoqlobinin aşağı olması orqanizmdə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu da ciddi problemdir. Bunun qarşısını almaq üçün tərkibi dəmirlə zəngin qidaların qəbulunu artırmaq vacibdir. Dəmir hemoqlobinin əmələ gəlməsi və qırmızı qan hüceyrələrinin istehsalı üçün lazımdır. Qida rasionuna ət, balıq, toyuq, lobya, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq və toxum kimi qidaların daxil edilməsi bədəninizdə dəmir səviyyəsini artırmağa kömək edəcək.
Hemoqlobinin formalaşmasında rol oynayan B vitamini olan fol turşusunun qəbulunu artırmaq da vacibdir. Fol turşusu orqanizmə oksigen daşınması üçün lazım olan hemoqlobinin tərkib hissəsi olan hemin istehsalına kömək edir.
Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün bəzi vitamin və mineralları istehlak etmək vacibdir. Məsələn, C, A vitaminləri və beta-karoten dəmirin udulmasını artırır.