Qan təzyiqinin düzgün ölçülmə qaydası necə olmalıdır? - CAVAB
30 dekabr 2022 14:48 (UTC +04:00)

Qan təzyiqinin düzgün ölçülmə qaydası necə olmalıdır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu qan təzyiqinin düzgün ölçülməsilə bağlıdır.

Maraqlıdır, qan təzyiqinin düzgün ölçülmə qaydası necə olmalıdır?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev bildirib ki, qan təzyiqi xəstə sakit bir ortamda 5 dəqiqə dincəldikdən sonra oturaq vəziyyətdə ölçülməlidir.

Onun sözlərinə görə, biləkdən ölçüm aparan cihazların istifadəsi tövsiyə olunmur:

"Bunun əvəzinə civəli manometrlərdən və ya Avropa Hipertenziya Cəmiyyətinin tövsiyə etdiyi qoldan ölçüm aparan elektron cihazlardan istifadə olunmalıdır. Qan təzyiqi hər iki qoldan ölçülməli və sonrakı təqiblərdə eyni anda daha yüksək qan təzyiqi ölçülən qoldan istifadə olunmalıdır. Hipertoniya diaqnozunun qoymaq üçün 1-2 dəqiqə aralıqlarla aparılan ən az 3 ölçmə və onlar arasındakı fərq 10 mmHg-dan çoxdursa əlavə ölçmələr icra edilməlidir. Qan təzyiqi sistolik 140 mmHg, diastolik isə 90 mmHg və daha yüksəkdirsə hipertoniya diaqnozu qoyulur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084
avatar

Arzu Qurbanlı

Oxşar yazılar