Qadın  meyitxanada dirildi,   sonra görün nə baş verdi
26 fevral 2024 00:15 (UTC +04:00)

Qadın meyitxanada dirildi, sonra görün nə baş verdi

Qvatemala şəhərindəki San-Xuan-d- Dios xəstəxanasının rəhbərliyi bir xəstənin meyitxanada "həyata qayıtmasından" sonra daxili araşdırma əmri verib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, təfərrüatları açıqlanmayan qadın meyitxanada 5 saat qalıb və işçilər onun sağ olduğunu fərq ediblər.

Xəstəxananın mətbuat xidmətindən bildirilib ki, qadın xəstəxanaya qeyri-stabil vəziyyətdə və ölüm ərəfəsində təxliyə edilib. O, qidalanma və qıcolmalardan əziyyət çəkib və əvvəllər serebral iflic diaqnozu qoyulub. Növbətçi həkimlər onu monitora qoşub və tezliklə nəfəsinin dayandığını müəyyən ediblər. "30 dəqiqəlik reanimasiyadan sonra həkimlər onun öldüyünü elan ediblər və o, prosedura uyğun olaraq meyitxanaya köçürülüb", - xəstəxanadan bildirilib.

İstintaqın ilkin nəticələrinə görə, patoloqlar qadının hələ də hərəkətdə olduğunu görüb “meyit”i əməliyyat otağına qaytarıblar. Həkimlər ona yenidən süni tənəffüs versələr də, nəticəsi olmayıb. Beləliklə, həkimlər həmin gün xəstənin ölümünü ikinci dəfə - bu dəfə də etibarlı şəkildə təsdiqləyiblər. Xəstəxana hadisədən təəssüfləndiyini bildirib və qadının ailə üzvlərinə üzrxahlıq məktubu göndərib.

Bu hadisə paytaxt sakinlərinin qəzəbinə səbəb olub, onların çoxu şəhərin səhiyyəsinin vəziyyətindən dəhşətə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5445
avatar

Oxşar yazılar

Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14
Həddindən artıq yuxu bu xəstəliyə  səbəb olur

Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur

25 iyul 2024 , 19:46