“Pfizer”in rəhbəri  koronavirusa yoluxdu:   Dörd peyvənd vurdurub
15 avqust 2022 18:57 (UTC +04:00)

“Pfizer”in rəhbəri koronavirusa yoluxdu: Dörd peyvənd vurdurub

Amerikanın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru Albert Burla koronavirus infeksiyasına yoluxub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, şirkət rəhbəri “Twitter” hesabında bildirib ki, o, artıq dörd dəfə koronavirusa qarşı peyvənd olunub.

“Koronavirus üçün testimin müsbət çıxdığını bildirmək istərdim. Mən artıq dörd doza “Pfizer-BioNTech” peyvəndi almışam və özümü yaxşı hiss edirəm”, - Burla bildirib.

Albert Burla

Onun sözlərinə görə, xəstəliyin əlamətləri yüngül keçib, özünü təcrid edib və “Paxlovid” dərmanını qəbul etməyə başlayıb.

Burla əvvəllər xəbərdarlıq etmişdi ki, dünyada yeni koronavirus infeksiyası dalğası yaxınlaşır. Bununla bağlı o, hər kəsi təkrar peyvənd olunmağa çağırıb və “Omicron” ştammının təhlükəsini xatırladıb.

“Pfizer”in rəhbəri həmçinin hesab edir ki, COVID-19-un qarşısının alınması və onunla mübarizənin mövcud üsulları koronavirusun yeni dalğasının yaxınlaşmasına baxmayaraq insanlara “həyatlarını yaşamağa” imkan verir.

# 1731
avatar

Oxşar yazılar