Mütəxəssislər payız və qış aylarında D vitamini çatışmazlığının ciddi sağlamlıq riskləri yaratdığını bildirib.
Lent.az xəbər verir ki, gündəlik D vitamini tələbatının yalnız 10-20 faizi qidalarla qarşılanır, əsas hissə isə günəş işığından sintez olunur.
Lakin soyuq mövsümlərdə bu sintez azalır və ehtiyatlar tükəndikdə çatışmazlıq yaranır.
D vitamini çatışmazlığının əlamətləri isə yorğunluq, əzələ zəifliyi, sümük və əzələ ağrılarıdır.
Mütəxəssislərin fikrincə bu problemlər ən çox uşaqlar, yaşlılar və qapalı məkanda işləyənlər əziyyət çəkir.
Uzun müddət D vitamini çatışmazlığı immuniteti zəiflədir, infeksiyalara meyilliliyi artırır və osteoporozla yanaşı sınıqlara da səbəb ola bilər.
Bunun üçün təbii mənbə kimi isə somon, ton balığı, yumurta sarısı və qaraciyər təbii mənbə hesab olunur.
Nəzarətsiz və yüksək dozalarda qəbul edilən D vitamini isə orqanizmdə zəhərlənmə riski daşıyır.