Oruc tutanların DİQQƏTİNƏ!   Mütləq bu qidaları yeyin
23 mart 2023 13:41 (UTC +04:00)

Oruc tutanların DİQQƏTİNƏ! Mütləq bu qidaları yeyin

Ramazan ayını sağlam keçirmək və orqanizmin ehtiyac duyduğu vitamin və mineral dəstəyini təmin etmək üçün düzgün qidalanmaq vacibdir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, oruc tutarkən düzgün qidalanmaqla uzun müddət toxluq hiss edə və enerjili ola bilərsiniz. 

Ramazanda sağlam qidalanmaq üçün iftar və sahur siyahınıza mütləq bu qidaları daxil etməlisiniz. 

Yumurta

Keyfiyyətli zülal qaynağı olan yumurta, tərkibindəki balanslaşdırılmış yağ sayəsində uzun müddət toxluq hiss etdirəcək. Sahurda yumurta yeyərək iftara qədər olan müddətdə özünüzü tox hiss edə bilərsiniz. 

Süd məhsulları

Süd məhsulları xüsusilə sahurda istehlak edilməlidir. Beləliklə qan şəkərinin aşağı düşməsinin və əzələ itkisinin qarşısı alınacaq.

Çərəzlər

Badam, fındıq və qoz kimi çərəzlər faydalı doyurucu xüsusiyyətlərə malikdir. Enerji və qida dəyəri baxımından yüksək olan bu çərəzlərin tərkibində karbohidratlar, zülallar, doymamış yağlar, lif, fosfor, kalsium, dəmir, kalium, maqnezium, sink, A, B, C və E vitaminləri var. 

Meyvələr

Tərkibindəki yaxşı lif sayəsində sizi tox tutur. Gün ərzində sahurda və iftardan sonra qəlyanaltıda rahatlıqla istehlak edə bilərsiniz. 

Avokado

Yüksək lif sayəsində uzun müddət toxluq hissini təmin edir. Tərkibi vitaminlər, fol turşusu, kalium, maqnezium olan avokado sağlam yağlarla da zəngindir. 
 

# 3003
avatar

Arzu Qurbanlı

Oxşar yazılar