Ölümün yaxınlaşmasının  ƏLAMƏTLƏRİ
06 fevral 2022 16:23 (UTC +04:00)

Ölümün yaxınlaşmasının ƏLAMƏTLƏRİ

Nəfəs alması və ürəyin işləməsi, oksigenin beyin hüceyrələrinə axması dayandıqda insan ölür.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bioloji anlayış olaraq ölüm orqanizmin həyatının dönməz şəkildə dayandırılması prosesidir.

Yaşlı və ya ölümcül xəstəliyi olan bir insanın tezliklə öləcəyini göstərən bir neçə əlamət var.  Bununla bağlı ABŞ Milli Sağlamlıq İnstitutunun Yaşlanma üzrə Milli İnstitutunun məlumatlarında qeyd edilir.

Nəfəs darlığı
 
Ölümün ilk əlaməti nəfəs darlığıdır. Həkimlər bunu "hava aclığı" adlandırırlar. Nəfəs darlığı insanın "ölməyə çox vaxtının olmadığını" göstərir.

Yorğunluq

Ölümün başqa bir əlaməti yorğunluqdur. Bu vəziyyətdə insan daimi yuxululuq, enerjinin tədricən azalmasını, gümrah vəziyyətiin onu “tərk etdiyini” hiss edə bilər.

Ölümdən əvvəl insan bir xarakterik əlamət göstərir – sayıqlığın azalması. O, az şey hiss edir və ətrafında baş verənlərə zəif reaksiya verir.

Yaxınlaşan ölümün başqa bir əlaməti yemək və içməkdən imtina etməkdir. Fərdi olaraq, bunlar yaxınlaşan ölümün bir əlaməti deyil, lakin birlikdə bir insanın tezliklə ölə biləcəyini göstərə bilər.

Bundan əlavə, insanda bədənin bəzi hissələri tündləşə və maviləşə bilər, tənəffüs uğultu səslərinə bənzəyən anormal hala gələ bilər.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9753
avatar

Oxşar yazılar