Normal yuxu rejimi necə tənzimlənməlidir? - CAVAB
25 mart 2023 09:09 (UTC +04:00)

Normal yuxu rejimi necə tənzimlənməlidir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu normal yuxu rejiminin tənzimlənməsi ilə bağlıdır.

Yuxu hər bir insan orqanizmi üçün ən vacib rejimdir. Bəzən müşahidə aparsaq, yuxu rejimi düzgün olmayan insanların əsəbi, stressli və neqativ enerji ilə yükləndiyinin şahidi olarıq. 

Maraqlıdır bəs, normal yuxu rejimi necə tənzimlənməlidir?

Lent.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bu sualı cavablandırıb. 

Onun sözlərinə görə, yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir:

"Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır.

Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər".

# 2904
avatar

Fidan İlqar

Oxşar yazılar