Yumurta ilə çay və ya qəhvənin birlikdə qəbulu faydalı mikroelementlərin mənimsənilməsini çətinləşdirir. Və bu, əsas problem deyil. Yumurta ən faydalı məhsullardan biri hesab olunur: o, zülal, A, D və B12 vitaminləri ilə zəngindir.
Lent.az xəbər verir ki, lakin onun qəhvə və ya çayla birlikdə yeyilməsi sağlamlığa mənfi təsir göstərə bilər – ekspertlər belə xəbərdarlıq edirlər. Çoxları belə bir səhər yeməyinə öyrəşsə də, mütəxəssislər bu vərdişi yenidən nəzərdən keçirməyi tövsiyə edir.
Yumurta ilə qəhvəni birlikdə yemək niyə təhlükəlidir?
Dietoloq Priya Bansal izah edir ki, həm yumurta, həm də qəhvə ayrı-ayrılıqda faydalıdır. Yumurta orqanizmi zülal, faydalı yağlar və vacib mikroelementlərlə təmin edir. Qəhvə isə kofein sayəsində oyanıqlığı və diqqəti artırır. Amma bu iki məhsulun birlikdə istifadəsi bəzi qida maddələrinin mənimsənilməsini azalda bilər.
Dəmir və kalsiumun mənimsənilməsinin azalması
Qəhvə tərkibindəki tanninlər və polifenollar səbəbindən yumurtadakı dəmir və kalsiumun orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir. Bunun qarşısını almaq üçün səhər yeməyindən sonra qəhvə və ya çayı içmək üçün ən azı 1 saat gözləmək tövsiyə olunur.
Həzm problemləri
Həm yumurta, həm də qəhvə mədə turşusunun ifrazını artırır. Bu isə yanğı, turşuluqla bağlı reflü və ya mədə narahatlığına səbəb ola bilər – xüsusilə də mədəsində yüksək turşuluq olan insanlarda.
Susuzlaşma riski
Qəhvə və yumurta hər ikisi sidikqovucu xüsusiyyətə malikdir. Onlar birlikdə qəbul edildikdə bədən daha çox maye itirir və bu da susuzlaşmaya səbəb ola bilər. Ağız quruluğu və susuzluq hiss etməmək üçün su qəbulunu artırmaq vacibdir.
Dərmanların mənimsənilməsinə təsiri
Kofein bəzi dərmanların, o cümlədən antibiotiklərin və mədə turşusunu azaldan preparatların effektivliyini azalda bilər. Əgər qidalanma zamanı yumurta da qəbul edilirsə, dərmanların mənimsənilməsi daha da çətinləşə bilər.
Bu məhsulları necə düzgün birləşdirmək olar?
Mütəxəssislər yumurta ilə qəhvə və ya çay içmək əvəzinə ya 1 saat gözləməyi, ya da qəhvəni bitki çayı və ya su ilə əvəz etməyi məsləhət görürlər. Əgər qəhvəsiz keçinmək mümkün deyilsə, yumurtanı tərəvəz və ya tam taxıllı tostla birlikdə yemək məsləhətdir — bu, məhsulların orqanizmə təsirini balanslaşdırmağa kömək edəcək.