Narkoloq Marat Sarayevin fikrincə, qəhvə səhər yeməyindən 10-15 dəqiqə sonra qəbul edilməlidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis acqarına bir fincan qəhvə içməyin qətiyyən pis fikir olduğunu deyib.
Bu vəziyyətdə selikli qişa qıcıqlana və mədədə turşuluq arta bilər.
Həkim bədənin qəhvəyə reaksiyası ilə bağlı suala da cavab verib: "İçkinin adətən müsbət emosiyalar və həzz hissi ilə əlaqələndirilməsinə baxmayaraq, bəzən müsbət emosiya əvəzinə reaksiya tamamilə əksinə olur".
Belə ki, bəzi insanlar, məsələn, kapuçino içdikdən sonra yuxululuq hiss edirlər. Bu "paradoks" bədənin fərdi xüsusiyyətləri və vəziyyəti ilə izah olunur.