Mütəxəssis:  “COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir”
19 dekabr 2021 06:15 (UTC +04:00)

Mütəxəssis: “COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir”

Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-a yoluxan xəstələrin tək başına özünü müalicə etməsinin yolverilməz olduğunu bildirib.

Lent.az RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssis koronavirusun bir deyil, iki xəstəliyə səbəb olduğunu vurğulayıb.

Myasnikov əlavə edib ki, COVID-19 testi müsbət çıxan insanlar sətəlcəm olmadığı təqdirdə qan durulaşdıran dərmanlar qəbul etməməlidirlər: “Həkimin göstərişi olmadan belə dərmanların düşünmədən istifadəsi beyin damarlarının pozulmasına və mədə-bağırsaq traktında qanaxmalara səbəb ola bilər”.

“Virusa yoluxmanın qarşısını almağın ən yaxşı yolu peyvənddir. Çünki peyvənd infeksiyaya qarşı ən effektiv qorunma olaraq qalır”, deyə həkim vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Oxşar yazılar