Smartfonlar və xərçəng arasındakı əlaqə aydınlaşdırılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onkoloq Ruslan Basanov smartfonların xərçəngin inkişafı ilə əlaqəsi barədə açıqlamanı mif adlandırıb.
“Telefonların xərçəngin inkişafına səbəb olması ilə bağlı yanlış fikir çoxdan təkzib edilib. Bu barədə danışmağa başlayan kimi alimlər dərhal bunun əksini sübut ediblər. Belə fərziyyələr fizika qanunları və patofiziologiya prosesləri haqqında kifayət qədər anlayışı olmayan həvəskarların şüurunda yaranır”, - deyə ekspert məşhur mifi dəyərləndirib.
Eyni zamanda, onkoloq qadcetlərdən daimi istifadənin sağlamlığı pisləşdirə biləcəyini inkar etməyib.
“Dolayısı ilə telefonlar, planşetlər və kompüterlər sağlamlıq problemlərinə səbəb olur. Qadcetlərdə gəzən və ya ofisdə işləyən insanlar çox vaxt oturaq həyat tərzi keçirirlər. Bu isə öz növbəsində müxtəlif xəstəliklərin - piylənmədən tutmuş psixoloji problemlərə qədər inkişafa səbəb ola bilər”, - deyə Basanov yekunlaşdırıb.