Meymunçiçəyinin əsas ilkin əlamətləri  AÇIQLANDI
09 iyun 2022 09:05 (UTC +04:00)

Meymunçiçəyinin əsas ilkin əlamətləri AÇIQLANDI

Meymunçiçəyinin əsas və ilkin əlamətləri açıqlanıb. 

Lent.az  xəbər verir ki, bu barədə “Eat This Not That” saytı məlumat yayıb. 

Məlumata görə, xəstəliyin əsas əlamətləri qızdırma, bədən və baş ağrılarıdır.

“MedCourse”un təsisçisi həkim Ceyms Davidson bildirib ki, qızdırma meymunçiçəyinin ən çox müşahidə olunan əlamətidir. Adətən, o virusa yoluxduqdan bir-iki həftə sonra hiss olunur. 

Onun sözlərinə görə, qızdırma 38 dərəcəni keçərsə, onu azaltmaq üçün parasetamol qəbul etmək olar.

 “Meymunçiçəyində tez-tez boyun, qoltuqaltı və qasıqda limfa düyünlərində ağrılara rast gəlinir. Bu da infeksiyanın ilk əlamətlərindən biridir” - həkim əlavə edib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Sevinc Fərid

Oxşar yazılar