Müxtəlif alimlər qruplarını bir araya gətirən Ümumdünya Səhiyyə Şəbəkəsi (ÜSS) meymunçiçəyini rəsmi olaraq pandemiya elan edilib.
Lent.az xəbər verir ki, ÜSŞ nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatını qarşıdakı iclasda pandemiyanın başlandığını elan etməyə çağırıblar.
Təşkilatın məlumatına görə, dünyanın 58 ölkəsində 3 min 400-dən çox təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb.
Onlar həmçinin qeyd edib ki, yoluxma bir neçə qitədə sürətlə artır.