Meymunçiçəyi Azərbaycanda da var? -  İNFEKSİONİSTDƏN AÇIQLAMA
27 oktyabr 2022 13:49 (UTC +04:00)

Meymunçiçəyi Azərbaycanda da var? - İNFEKSİONİSTDƏN AÇIQLAMA

Gizli virus adlandırılan meymunçiçəyi virusu bütün dünyanı təhdid etməyə başlayıb. Yoluxma hallarının müşahidə edildiyi ölkələrin siyahısına gündən-günə yeniləri əlavə edilir. Meymunçiçəyinin səbəb ola biləcəyi xüsusiyyətləri, yoluxuculuğu hələ tam müəyyən olunmadığından günbəgün ortaya yeni faktlar çıxır. 

Maraqlıdır, Azərbaycanda da bu gizli virusa yoluxma hadisəsi baş verib?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a bildirib ki, meymunçiçəyi infeksiyası hazırda dünya üzrə 100-ə yaxın ölkədə aşkar edilib:

“Yoluxma hallarının sayı 70 mindən çoxdur. Ən çox yoluxma sayına ABŞ, Braziliya, İspaniyada rast gəlinir. Azərbaycanda bu günə qədər yoluxma hadisəsi qeydə alınmayıb. Xəstəlik 5-21 günlük gizli dövrdən sonra başlayır. İlk 0-5 gündə hərarətin yüksəlməsi, baş, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi, ümumi zəiflik inkişaf edir. 1-3 gündən sonra isə üzdə, bədənin müxtəlif nahiyyələrində. ovucda, pəncədə spesifik səpkilər əmələ gəlir. Xəstəlik adətən 2-3 həftəyə sağalır. Ölüm halları nadirdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Arzu Qurbanlı

Oxşar yazılar