Portuqaliyada "meymun çiçəyi" xəstəliyinə 5 yoluxma halı aşkarlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xəstələrin hamısı kişidir və vəziyyətləri stabildir.
Bununla yanaşı, daha 20 şübhəli hal müəyyən edilib. Həmçinin, İspaniyada da 23 potensial xəstə var. İspaniya Səhiyyə Nazirliyi ilkin olaraq ilk yeddi yoluxma halının müəyyən edildiyini təsdiqləyib.
Daha əvvəl yoluxma halları Böyük Britaniyada aşkarlanıb.
Qeyd edək ki, "su çiçəyi"nin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, "su çiçəyi" ilə eynidir. Bu virus bir neçə həftəyə sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.