Məşhur və ucuz tərəvəz  viaqranı   əvəz edə bilər: həkim deyir
16 iyun 2025 12:38 (UTC +04:00)

Məşhur və ucuz tərəvəz viaqranı əvəz edə bilər: həkim deyir

Britaniyalı həkim Maykl Mosli azərbaycanlıların da sevimli tərəvəzlərindən biri çuğundur haqqında danışıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, onun sözlərinə görə, bu kök tərəvəz qan dövranını yaxşılaşdıran təbii xassələri sayəsində viaqraya bənzər effekt verə bilər.

Qədim Romada təbii afrodizyak kimi qiymətləndirilən çuğundur, həqiqətən də qan damarlarını genişləndirərək qan axını artırmağa qadirdir. Bu, kiçik çanaq və damar sisteminin ümumi gücləndirilməsi üçün xüsusilə vacibdir.

Mosli izah edir ki, çuğundurun əsas “sirri” tərkibində yüksək nitrat olmasıdır. Onları yediyimiz zaman nitratlar azot oksidinə çevrilir, qan damarlarını genişləndirən və qan təzyiqini aşağı salan, qan axını yaxşılaşdıran bir maddədir. Bu proses vazodilatasiya kimi tanınır.

Onun sözlərinə görə, çuğundurun müntəzəm istifadəsi yetkin yaşlarında olan kişilər üçün xüsusilə faydalıdır, çünki bu, onların cinsi fəaliyyətini və ümumi sağlamlığını dəstəkləyə bilər. Xüsusilə araşdırmalar göstərib ki, gündəlik bir stəkan çuğundur suyu hipertansif xəstələrdə yüksək təzyiqi normal səviyyəyə çatdıra bilir.

Qan damarlarına təsirindən əlavə, çuğundur faydalı maddələrin anbarıdır: dəmir, maqnezium, kalium, C vitamini, fol turşusu. Bütün bunlar həzm sistemini, qaraciyəri və immuniteti dəstəkləyir. 

Əgər çuğundurun dadını sevmirsinizsə, lakin oxşar fizioloji təsirə nail olmaq istəyirsinizsə, o zaman digər təbii stimulantlara diqqət yetirə bilərsiniz - ispanaq, kartof, kahı, kərəviz və ya arugula. Bu məhsullar orqanizmdə azot oksidinin istehsalına da töhfə verir və tibbi dərmanlara yumşaq bir alternativ ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11871

Oxşar yazılar