Məşhur həkim “Omicron”dan danışdı: Dəqiq tarix  AÇIQLADI
12 dekabr 2021 15:12 (UTC +04:00)

Məşhur həkim “Omicron”dan danışdı: Dəqiq tarix AÇIQLADI

“Pfizer” ilə birlikdə hazırladıqları koronavirus peyvəndi ilə dünyanı ümidləndirən “BioNtech” şirkətinin baş direktoru professor Uğur Şahin diqqətçəkən açıqlamalar verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Cənubi Afrikada ortaya çıxan “Omicron” variantı ilə bağlı açıqlamalar verən Uğur Şahin dəqiq bir tarix verib.

“Omicron” variantının yayılma sürətinə diqqət çəkən Uğur Şahin üçüncü dozanın nə vaxt vurulmalı olduğunu açıqlayıb.

Almaniyanın “Der Spiegel” jurnalına danışan Şahin, virusun indiyə qədər aşkar edilən ən mutasiyaya uğramış variantı olan “Omicron”un peyvəndlərdən "qismən" qaça biləcəyini söyləyib. Uğur Şahinin açıqlamaları və “Omicron” variantının əlamətləri barədə söylədikləri bunlardır.

Şahin, "Omicron” variantı yayılmağa davam edərsə, peyvəndin ikinci dozasından 3 ay sonra yeni bir peyvənd tətbiq edilməlidir", - deyib.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, “Omicron” variantının digər variantlardan daha sürətli yayılır, lakin onun öldürücü təsiri yoxdur.

Yayılma sürətinə diqqət çəkən Uğur Şahinin fikrincə, "Omicron” variantı bu şəkildə yayılmağa davam edərsə, iki doza peyvənddən üç ay sonra buster dozanın vurulması məntiqli olar".

Peyvəndlərlə qorunmaq olar

Şahinin sözlərinə görə, “Omicron” variantı peyvəndlərdən qismən qaça bilər, lakin peyvəndlərlə də idarə oluna bilər: "Ancaq peyvəndlərin nə qədər qorunma təmin etdiyini və bu qorunmanın nə qədər davam etdiyini müəyyən etmək üçün daha çox məlumat lazımdır".

Dozalar arasında gözləmə vaxtı dəyişdi

Peyvənd dozaları arasında gözləmə müddətinin də dəyişdiyini ifadə edən Uğur Şahin, məlumatların da dəyişdiyinə diqqət çəkib: “İki doza artıq tam peyvənd olunmaq demək deyil. Elmi baxımdan, peyvəndin iki dozasından üç ay sonra üçüncü dozanın tətbiqi lazım ola bilər”.

Onun fikrincə, hər kəs peyvəndin ikinci dozasından 3 ay sonra 3-cü peyvəndi alarsa, peyvənd ən yaxşı qorumanı təmin edir.

Uğur Şahin yeni variantın ortaya çıxması ilə hətta dördüncü peyvəndin də istifadə oluna biləcəyini vurğulayıb.

“Lazım gələrsə, pandemiyanın qarşısını almaq üçün daha yaxşı yol tapa bilərik”, - Uğur Şahin deyib.

“Omicron” variantının əlamətləri

Ən geniş yayılmış əlamətlər bunlardır:

hərarət

öskürək

yorğunluq

dad və ya qoxu hissi itkisi

Daha az rast gəlinən əlamətlər:

boğaz ağrısı

baş ağrısı

ağrılar

ishal

dəri qızartısı, barmaqların və ya ayaq barmaqlarının rənginin dəyişməsi
gözlərdə qızartı və ya qıcıqlanma

Ciddi əlamətlər:

nəfəs almaqda çətinlik və ya nəfəs darlığı

danışmaq, hərəkət itkisi və ya şüur pozuntusu

sinə ağrısı

Boğazda qaşıntı hissi

“Omicron” variantını ilk aşkar edən Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti doktor Anjelika Kutze bildirib ki, digər infeksiyalardan fərqləndirici əlamət boğazda qaşınma hissidir.
O, müalicə etdiyi xəstələrə əsaslanaraq əsas əlamətlərin yorğunluq, bədən ağrıları və baş ağrıları olduğunu açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Oxşar yazılar