Malyariyaya qarşı YENİ PEYVƏND  hazırlandı: Qiyməti..
10 sentyabr 2022 19:08 (UTC +04:00)

Malyariyaya qarşı YENİ PEYVƏND hazırlandı: Qiyməti..

Malyariyaya qarşı yeni peyvənd hazırlanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat “Sky News” saytında dərc olunub. 

Mütəxəssislər bu üsulla 2030-cu ilə qədər ölümləri 70 faizə qədər azalda biləcəklərinə inanır. 

Məlumata görə, dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistanın Serum İnstitutu ildə 200 milyon doza dərman istehsal etməyə razılaşıb.

Tədqiqatçılar aparılan klinik sınaqlardan sonra “R21/Matrix-M” adlı yeni peyvəndin malyariyadan əziyyət çəkən uşaqlara qarşı effektli olduğunu sübut ediblər. Nəticələr bu ayın sonunda Ümumdünya Səhiyyə Təşkilatına təqdim olunacaq. 

Dərmanın qiyməti isə təxminən altı dollar olacağı bildirilib. 
 

# 2151
avatar

Sevinc Fərid

Oxşar yazılar