Bəzi sevimli yeməklər daha az yeyilməlidir. Mütəxəssislər pendir və ketçuplu makarondan imtina etməyin yollarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, makaronda nişastalı karbohidratlar, ketçupda isə pomidor turşusu var. Bu birləşmə mədəmiz üçün çətin həzm olunur.
Səbəb qlükoza tədarükünə cavab olaraq insulinin intensiv istehsalı və qan şəkərinin səviyyəsinin artmasıdır. Pendirli makaron dadlı və olduqca populyar bir yeməkdir, ancaq yenə də uzaq durmaq lazımdır.
Makaron, zülaldan fərqli bir həzim müddətinə malik olan nişastalar baxımından zəngindir. Bu səbəbdən bu gecikmə halı qıcqırma və həzm problemlərinə gətirib çıxarar. Makaron və ət üçün də eyni şey aiddir.
Qidalanmaq üçün sadəcə bir protein mənbəyi seçin. Ancaq eyni boşqaba çoxlu zülal qoymaqdan uzaq durmalısınız.